“Taliban” Baydenin reytinqini ən aşağı səviyyəyə saldı

“Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ABŞ Prezidenti Co Baydenin reytinqi andiçmə mərasimindən bu yana ən aşağı səviyyəyə enib.

Bu barədə “Reuters” agentliyi “Ipsos” sosial xidmət qurumu ilə birlikdə apardığı sorğunun nəticələrinə əsasən məlumat verib.

Avqustun 13-də əldə edilən nəticələrlə müqayisədə Baydenin reytinqi yeddi faiz aşağı düşüb. Amerikalıların cəmi 46 faizi Ağ Ev rəhbərinin fəaliyyətindən razıdır. Bu, dövlət başçısının yanvar ayında vəzifəyə başladığı gündən bəri ən aşağı göstəricidir.

ABŞ-ın Əfqanıstanda 20 illik hərbi mövcudluğundan və vergi ödəyicilərinin milyardlarla dollarının oraya yatırılmasından sonra “Taliban”ın Kabili ələ keçirməsi Baydenin reytinqini aşağı salıb.

Daha əvvəl “Associated Press” Vaşinqtonun Əfqanıstanın bərpasına təxminən 145 milyard dollar xərclədiyini yazmışdı. Ordu və polisi qorumaq, eləcə də təhlükəsizlik qüvvələrinin təlimi üçün 83 milyard dollar istifadə olunsa da, sonda silah və texnikanın əhəmiyyətli bir hissəsi taliblərin əlinə keçib.

Hamısını Göstər

Related Articles

Back to top button