“Taliban” hərəkatının üzvləri prezident sarayında
Əfqanıstanın paytaxtı Kabilə daxil olan radikal “Taliban” hərəkatının üzvləri prezident sarayına daxil olublar.
Bununla bağlı görüntüləri “Əl-Cəzirə” telekanalı yayımlayıb.
Kadrlarda onlarla silahlı şəxslə əhatə olunmuş “Taliban” rəhbərliyi göstərilir. Onlar saraydakı görüş otaqlarını ziyarət edir və eyni zamanda masalarda otururlar.
Prezident Əşrəf Qaninin istefa verərək ölkəni tərk etməsindən bir neçə saat sonra “taliblərin” binaya daxil olduğu qeyd olunur.