Tanınmışlar günün qəhrəmanlarını təbrik etdi: “Azərbaycan xalqı öz polisini sevir”

İyulun 2-də Azərbaycan Polisi özünün yaranmasının 102-ci ildönümünü qeyd etdi. 

Belə ki, 24 may 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, o zamana qədər 6 iyunda qeyd edilən Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib, 1918-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Bəs, ölkəmizin tanınmış simaları Azərbaycan polisi haqqında nə düşünür, onları necə görmək istəyirlər?

Musavat.com günün önəmini nəzərə alaraq deputatların, ictimai insanların fikirlərini öyrənib. Deputat Elman Nəsirov qeyd edib ki, Azərbaycan xalqı öz polisini sevir:  “Bu gün Azərbaycan polisinin yaranma tarixidir, onların 102 yaşı tamam olur. Azərbaycan polisini peşə bayramı münasibəti ilə təbrik edirəm. Azərbaycan polisi sözün həqiqi mənasında böyük bir yol keçib. Polisimizin ölkədə asayişin qorunmasında xidmətləri sonsuzdur. Eyni zamanda Azərbaycan polisi ermənilərin torpaqlarımıza təcavüzünün qarşısının alınmasında qəhrəmanlıq göstərib, şəhid verib. Sovet dövrünün məşhur ifadəsi vardı: “Mənim polisim məni qoruyur”. Həqiqətən də, bu ifadələr Azərbaycan polisinə aiddir. Həqiqətən də, polisimiz bizi qoruyur, təhlükələrin əvvəldən qarşısını alır. Ona görə Azərbaycan cəmiyyətində polisin nüfuzu böyükdür”.

4dfa0790-f95b-436a-8081-72c406622663_640.jpg (18 KB)

Deputat onu da əlavə edib ki, koronavirus pandemiyası dövründə polisin göstərdiyi xidmətlər əvəzsizdir: “Pandemiya dövrünün iki qəhrəmanı var. Onlardan biri polislər, digəri həkimlərdir. Polislər günün altında bizim təhlükəsizliyimizi təmin edirlər, səbirlə insanlara xidmət edirlər, onların sağlamlığının keşiyində dayanırlar. Həkimlər sağlamlığımızın keşiyində özünəməxsus, peşə nöqteyi-nəzərindən dayanırlar. Polislər də bizim təhlükəsizliyimizi qoruyaraq öz peşələrini icra edirlər. Bu gün biz öz polisimizlə fəxr edirik, onlar günün qəhrəmanlarıdır. Düzdür, kimlərsə Azərbaycan polisinə ləkə yaxmaq istəyir, iftiralar atmağa çalışır. Ancaq bunlar heç nəyi dəyişmir. Xalqımız öz polisini sevir. Bir anlıq hesab edin ki, polis öz fəaliyyətini saxlayıb. O zaman bütün kriminal aləm ayağa qalxar, heç bir Azərbaycan vətəndaşının təhlükəsizliyinə təminat verilə bilməz. Ona görə də polisimizin qiymətini bilməliyik. Polisimiz bizi qoruyur, biz də gərək onların şərəf-ləyaqətini qoruyaq. Azərbaycan polisinin nüfuzunu uca tutaq”.

Fazil-1-e1571747145151.jpg (38 KB)

Deputat Fazil Mustafa bildirib ki, karantin dövründə Azərbaycanda ən çox əziyyət çəkən, fədakarlıq edən, vətəndaşlarımızın sağlamlığı üçün həyatını riskə qoyan tibb işçilərimiz və polislərimiz olub: “Hər nə qədər müəyyən nöqsanlardan istifadə edərək polisimizi gözdən salmaq üçün məqsədyönlü kampaniya aparan qüvvələr öz təxribatlarını davam etdirsələr də, Azərbaycan dövlətinə bağlı, onun dəyərlərini hər şeydən uca tutan vətəndaşlar onların fədakarlıqlarını yüksək qiymətləndirir. Ayrı-ayrı neqativ fəaliyyəti olan fərdlərə görə bütövlükdə Azərbaycan polisini gözdən salmaq olmaz. Yağışda, küləkdə, qızmar günəş altında postlarda həyatı üçün ən böyük təhlükəni göz önünə alaraq ictimai asayişi qoruyan, virusa yoluxmanın qarşısını almağa çalışan, dar məqamda qalmış vətəndaşların yardımına qoşan Azərbaycan polisinin peşə bayramında yuxarıdan aşağıyadək bütün şəxsi heyəti təbrik edir, dövlətçiliyimizin və qanunçuluğun qorunmasında daha inamlı və fədakar davranış arzulayıram”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu qeyd edib ki, xüsusilə pandemiya günlərində polislərimizə dəstək olmaq lazımdır: “Polislər bizim övladlarımızdır, onları sevmək lazımdır. Polis öz işini icra edir. Polislərimizi təbrik edirəm. Masallıda bizim bir cəmiyyətimiz var. Koronavirus vaxtında Masallı polisi bizimkilərə yardım edib ki, xəstəliklə bağlı insanları məlumatlandırsınlar. Onlarla birlikdə plakatlar asıb, maskanın önəmini aşılayıblar. Ona görə polislərimizə təşəkkür edirəm.

e74d993f64ad.jpg (46 KB)

Polislərimiz hazırda koronavirusla savaşırlar. Polisimizin əməyi sayəsində bugünkü gündə adam oğurluqları yoxdur, evlərə girən soyğunçular azalıb. Bəzən bunları görmək istəmirik. Amma Azərbaycanda onların əməyi böyükdür. Gələcəkdə də insanlarla dil tapsınlar, onlara kömək etsinlər. Bu gün hamı stress içindədir. Polislərimizin də ağır günləridir. Küçədə istidə, soyuqda dayanıb insanların sağlamlığı üçün çalışırlar. Ona görə hamımız birləşməliyik”.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button