TBMM sədri: Rəsmi Ankara Rusiyaya qarşı birtərəfli sanksiyaları qəbul etmir

Rəsmi Ankara Rusiyaya qarşı birtərəfli sanksiyaları qəbul etmir. Belə sanksiyalar faydasızdır, xalqa mənfi təsir edir.

Polise.az xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Rusiya parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya və Ukrayna arasındakı müharibə regional və qlobal problemə çevrilib: “Biz bu problemin həlli üçün bütün platformalarda işləyirik. Amma bəziləri bu savaşın davam etməsini istəyir. Ümid edirik ki, ən qısa zamanda müzakirə masası qurular. Rusiyanın içində olmadığı müzakirələr mümkün deyil”.

N.Kurtulmuş vurğulayıb ki, beynəlxalq sistemin dəyişməsniə ehtiyac var: “Bu, qlobal sülh üçün qaçılmazdır. Biz çalışırıq ki, beynəlxalq sistem dəyişsin”.

TBMM sədri əlavə edib ki, Türkiyə ilə Rusiya arasında əlaqələrin inkişafı nəticəsində bölgədə sülh və sabitliyin təmin olunmasına çalışmaq lazımdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button