Tehran alovlar içində: 10 gündə 9500 hədəf darmadağın edildi

Tehran valisi Abbas Cövhəri ABŞ və İsrailin İrana qarşı apardığı “Epik Qəzəb” (Operation Epic Fury) əməliyyatının miqyası barədə rəsmi rəqəmləri açıqlayaraq dünyanı şoka salıb.

Musavat.com xəbər verir ki, valinin sözlərinə görə, hərbi kampaniyanın cəmi ilk 10 günü ərzində müttəfiq qüvvələri İran ərazisində 9 500 hədəfə zərbə endiriblər. Bu rəqəmi tarixi müqayisə ilə təqdim edən Cövhəri qeyd edib ki, ABŞ 2003-cü ildə başlayan və iki il davam edən İraq müharibəsi zamanı cəmi 7 000 hədəfi vurmuşdu.

Vali vurğulayıb ki, hazırkı hücumların intensivliyi bəşər tarixində misli görünməmiş səviyyədədir və Tehranın infrastrukturu, yaşayış binaları və strateji mərkəzləri ağır dağıntılara məruz qalıb.

Tehran meri Əlirza Zakani də bu məlumatları təsdiqləyərək bildirib ki, 2025-ci ilin iyun ayında baş vermiş 12 günlük qısamüddətli müharibədə cəmi 1 450 hədəf vurulmuşdusa, hazırkı əməliyyat o dövrlə müqayisədə 6 dəfədən çox sarsıdıcıdır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə öz bəyanatında hədəflərin sayının rekord həddə olmasını İranın hərbi arsenalının böyüklüyü və “mozaik müdafiə” sistemi ilə əsaslandırıb. Hazırda Tehran küçələrində dağıntıların təmizlənməsi üçün genişmiqyaslı işlər aparılır, lakin davam edən intensiv hava hücumları xilasetmə əməliyyatlarını çətinləşdirir.

Musavat.com

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button