Tehran üçün KRİTİK Zəngəzur dönüşü

Ermənistanda həftəsonu baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Baş nazir lazımi tapşırıqlar verib.

İştirakçılar İrandakı hadisələrlə bağlı dərin təəssüflərini bildirib, qurbanlara başsağlığı verib və sülhün tezliklə bərpa olunmasının vacibliyini vurğulayıblar. İrandakı son hadisələr Zəngəzur dəhlizi – “Tramp yolu” layihəsini təzədən gündəmə gətirir. İrana hücuma qədər Tehran rəsmiləri, xüsusilə dini liderə yaxın şəxslər dəhlizə qarşı çıxırdılar. “Tehran Cənubi Qafqazda istənilən bir geosiyasi dəyişiklik və xarici oyunçuların müdaxiləsinə qarşıdır”. Bunu İranın artıq öldürülən müdafiə naziri Əziz Nəsirzadə fevralın 26-da Tehranda erməni həmkarı Suren Papikyanla görüşdə demişdi. Bundan sonra İranın Zəngəzurla bağlı mövqeyi necə olacaq? Pozitiv dəyişikliklər gözləməyə dəyərmi?

Deputat Azər Badamov Musavat.com-a bildirib ki, Zəngəzur dəhlizinin açılması geridönməz bir prosesdir:

“Bu dəhlizin bir seqmenti olan TRİPP layihəsinin icrası ABŞ-ın birbaşa nəzarətindədir. Çünki TRİPP-lə bağlı yaradılmış ABŞ-Ermənistan birgə müəssisənin 76% payı ABŞ-a məxsusdur. Bu həm də ABŞ-ın TRİPP-in inşasında üçün əsas investor olması deməkdir. Əgər TRİPP o qədər səmərəsiz bir layihə olsaydı, ABŞ bu dəhlizi 49 ilə icarəyə götürməzdi. Bu baxımdan TRİPP-in icrası həm də ABŞ-ın nüfuz məsələsidir. Bu layihənin icrasına mane olmağa çalışan tərəflərin olduğunu və dəhlizə qarşı açıqlamaların zaman-zaman verdiklərini müşahidə edirik. O cümlədən, İran da TRİPP layihəsinin icrasını özlərinin “qırmızı xətti” elan etmişdi. Biz heç bir ölkəyə müharibə və itkilər arzulamırıq. Biz 30 il suveren əraziləri işğal olunaraq müharibə vəziyyətində olmuş və soyqırımlara məruz qalmış ölkə olaraq müharibənin nə olduğunu yaxşı bilirik. Bu baxımdan, müharibənin tezliklə dayandırılacağına və tərəflərin diplomatiyaya üstünlük verəcəklərinə ümid edirəm. Həm də zərbələri nəticəsində ölən bütün həlak olanlara rəhmət diləyirəm. Bununla yanaşı İranda qeyd etmək istəyirəm ki, bu gün İranda TRİPP-in əleyhinə çıxış edənlərin əksəriyyəti həlak olublar. O cümlədən, başlanmış müharibə regionumuzda vəziyyəti də dəyişib və yeni reallıq yaradıb. Yəni hal-hazırda İranı TRİPP yox, özünün müdafiəsinin təşkili və müharibənin tezliklə sonlandırılması düşündürür. Həm də Tramp yolu regionumuza davamlı sülh və əməkdaşlıq gətirəcək. İranın da bu dəhlizdən istifadə edərək iqtisadi əməkdaşlıq imkanlarını genişləndirmək imkanı olacaq”.\Cavanşir ABBASLI\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button