Tehranda etirazçılar 25 məscidi yandırıb, 26 banka hücum ediblər

Tehranda etirazçılar 25 məscidi yandırıb, 26 banka və 10 dövlət binasına ziyan vurublar.

Teleqraf xəbər verir ki, bunu Tehran meri Əlirza Zəkani İranın dövlət televiziyasında bildirib.

“Etirazçılar 26 banka hücum edib və 25 məscidi yandırıblar. Vandallar həmçinin dünən gecə 42 avtobusu, təcili yardım maşınlarını, 10 dövlət qurumunu və 24 mənzili yandırıblar”, – deyə mer qeyd edib.

Zəkani əlavə edib ki, etirazçılar həmçinin 48 yanğınsöndürmə maşınını yandırıb və hüquq-mühafizə orqanlarının postlarına hücum ediblər.

Dekabrın 28-də İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə Məlikşahi, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button