Tehranda müharibə hazırlığı: Xamenei ilə bağlı xəbərdarlıq edildi

İranın Ali rəhbəri Əli Xamenei ABŞ tərəfindən mümkün zərbə ilə bağlı hərbi-təhlükəsizlik qurumlarından gələn xəbərdarlıqlara görə yeraltı sığınacaqda (bunkerdə) gizlənir.

Polise.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr bildirib ki, bunker İranın paytaxtı Tehran şəhərində yerləşən bir neçə tunellərdən ibarətdir.

Qeyd edilib ki, onun oğlu Məsud Xamenei ali rəhbərin gündəlik işlərinin idarəsini öz üzərinə götürüb və rejimin icraedici hakimiyyət orqanları ilə əsas əlaqə kanalı kimi çıxış edir.

Tehranda ABŞ-nin hücum ehtimalı yüksək qiymətləndirilir. Buna səbəb ABŞ Prezidenti Donald Trampın yanvarın 23-də Amerika hərbi donanmasının bu ölkənin yaxın sularına doğru hərəkət etdiyini bəyan etməsi olub.

Yüksək vəzifəli iranlı rəsmi ABŞ tərəfindən istənilən hücumun İrana qarşı total müharibə kimi qiymətləndiriləcəyini deyib. İran hakimiyyəti son günlər bu cür ritorikanı davamlı təkrarlayır.

Yerli KİV yazıb ki, Əli Xameneiyə mümkün sui-qəsd cihadın elan edilməsinə səbəb ola bilər. İran Prezidenti Məsud Pezeşkian da xəbərdarlıq edərək bildirib ki, ali rəhbərin hədəfə alınması İran xalqına qarşı total müharibə demək olacaq.\Teleqraf \

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button