Tehrandan Bakıya qarşı növbəti hörmətsizlik

İran ölkənin şimal hava məkanını izləmək üçün Gilan əyalətinin yüksək dağlıq ərazilərində 800 km mənzilli “Nazir” adlı yeni üfüqdən kənar radar quraşdırıb.

Musavat.com xəbər verir ki, məlumatı Islamic World News yayıb.

İran tərəfi iddia edir ki, 800 km mənzilli bu radar 30 km-dən çox hündürlükdə hədəfləri aşkarlaya bilir. O, pilotsuz təyyarələr və qanadlı raketlər kimi müxtəlif hədəfləri müəyyən edə bilir.

Tehranın iddiasına görə, radar Azərbaycan, Ermənistan, Türkiyənin şərqinin böyük hissəsi, Gürcüstanın böyük hissəsi, Türkmənistanın qərbi, Qazaxıstanın cənub-qərbinin bir hissəsi və Xəzər dənizi üzərindəki bütün hava məkanını İranın hava hücumundan müdafiə nəzarəti altında olmasına imkan verəcək.

İran KİV-i həyasızcasına Azərbaycana böhtan ataraq, 2024-cü il oktyabrın 26-da İsrailin İrana aviazərbələri zamanı Bakının yardımı ilə Xəzər dənizinin hava məkanından Şahrud obyektlərini hədəf almaq üçün istifadə edildiyi də iddia olunur: “Artıq Gilan vilayətində Nəzir radarı fəaliyyət göstərdiyinə görə Bakı və Xəzər dənizi üzərindəki səma İranın müdafiə şəbəkəsi tərəfindən daim izləniləcək və istənilən düşmən hərəkətinə qarşı durmağa hazır olacaq”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button