Tehrandan mesaj: Hərbi gücümü bərpa edirəm

İran Ordusunun briqada generalı Əlirza Şeyxin sözlərinə görə, İsraillə 12 gün davam edən hərbi toqquşmalardan sonra ölkə silahlı qüvvələrinin hərbi potensialının bərpası və gücləndirilməsi prioritet istiqamətə çevrilib.

Musavat.com-un məlumatına görə, general bildirib ki, döyüşlər zamanı qüvvələr balansını müvəqqəti olaraq dəyişən texnoloji boşluqların aradan qaldırılması hələ müharibə gedişində əsas vəzifə kimi müəyyən edilib. Onun sözlərinə görə, bu müddət ərzində əhəmiyyətli irəliləyiş əldə olunub.

Əlirza Şeyx vurğulayıb ki, hazırda formalaşdırılan çəkindirici potensial dörd qoşun növünün – quru, hava, dəniz və hava hücumundan müdafiə qüvvələrinin bütün sistemlərinin, silahlarının, texnikasının və şəxsi heyətinin kompleks şəkildə istifadəsinə əsaslanır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button