Tehrandan mesaj:“İsrail hücum eləsə…”
ABŞ İsrailin İrana mümkün hücumuna, həmçinin regional və beynəlxalq təhlükəsizliyə təhdidə görə tam məsuliyyət daşıyacaq.
Teleqraf.com xəbər verir ki, bunu Tehranın BMT-dəki daimi nümayəndəsi Əmir Seyid İrəvani deyib.
“ABŞ öz davranışları ilə regionda sülhü pozur və İsrailin təcavüzünün mümkün nəticələrinə görə məsuliyyət daşıyır”, – İrəvani vurğulayıb.
İranlı diplomat ABŞ-ı Qəzza və Livanda hücum əməliyyatlarını davam etdirən İsrailə yardım göstərməkdə ittiham edib.
İrəvaninin sözlərinə görə, Vaşinqton İsrailə qabaqcıl silahlar ötürür, texniki dəstək göstərir, bu da gərginliyin artmasına töhfə verir.
Polise.az