Tehrandan sərt ittiham

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bugünkü mətbuat konfransında Vaşinqtonun diplomatik proseslərə yanaşmasını kəskin tənqid edib.

Musavat.com-un məlumatına görə o bildirib ki, bölgədəki gərginliyi azaltmaq üçün əsas problem vasitəçilik mexanizmləri və ya danışıqlar formatı deyil- ABŞ-ın danışıqlara yanlış və qeyri-konstruktiv yanaşmasıdır.

Bəqayinin sözlərinə görə, Vaşinqton hazırda real diplomatiyaya deyil, “təzyiq və diktəyə əsaslanan siyasətə” üstünlük verir:

“Məsələnin mərkəzində vasitəçilik yox, ABŞ-nin danışıqlara yanaşması dayanır. Vaşinqton kifayət qədər ciddi deyil və diplomatik prinsiplərlə deyil, tətbiq və diktə siyasəti ilə hərəkət edir”.

O vurğulayıb ki, ABŞ bu mövqedə israr etdiyi müddətcə “mənalı danışıqların aparılması mümkünsüzdür”.

İranlı sözçü həmçinin Səudiyyə Ərəbistanı ilə münasibətlərin müsbət xəttdə olduğunu, bölgədə gərginliyin azaldılması üçün Ər-Riyadın və region ölkələrinin səylərini yüksək qiymətləndirdiklərini bildirib.

Rəsmi Tehranın mövqeyinə görə, hazırkı vəziyyətdə əsas maneə nə tərəflər arasındakı platforma, nə də vasitəçilərin sayı deyil- ABŞ-ın mövcud siyasəti danışıqların irəliləməsinə imkan vermir.

Tasnim News-un məlumatına əsasən, İran gələcək diplomatik proseslərdə konstruktiv mövqe tutmağa hazır olduğunu, lakin Vaşinqtonun indiki istiqamətləşməsinin dialoqu “başlanmaz vəziyyətə” saldığını düşünür.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button