Tehrandan Trampa cavab: Xameneini öldürə bilməzsiniz

İran xarici işlər naziri Abbas Əraqçi “NBC News” telekanalına müsahibəsində İsrail və ABŞ-nin ölkənin Ali rəhbəri Əli Xameneiyə yönəlik ölüm hədələrini şərh edib.

Teleqraf xəbər verir ki, o, belə bir addımın onların törədə biləcəkləri ən böyük cinayət olacağını, amma bunu edə bilməyəcəklərini deyib.

Əraqçi iddia edib ki, Xameneinin təkcə İranda yox, digər ölkələrdə də “milyonlarla tərəfdar”ı var.

İran xarici işləri naziri ABŞ Prezidenti Donald Trampın bu barədə sözlərini təhdid hesab edib-etməməsi ilə bağlı suala belə cavab verib:

“Bunu daha çox təhqir kimi qəbul edirəm. “Fövqəldövlət” adlandırılan bir dövlətin prezidentinin necə belə danışa bilməsindən şoka düşürəm. Biz Prezident Tramp haqqında həmişə hörmətlə danışmışıq”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button