Texas qubernatoru Meksika ilə sərhədə 400-dən çox hərbçi göndərəcək

Texas qubernatoru Qreq Ebbott qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün Meksika ilə sərhədə əlavə 400-dən çox hərbçi, həmçinin təyyarə və helikopterlər göndərmək barədə sərəncam verib.

Polise.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qubernatorun ofisi məlumat yayıb.

“Texas Taktiki Sərhəd Qüvvələrinin göndərəcəyi 400-dən çox əlavə əsgər, həmçinin C-130 təyyarələri və “Chinook” helikopterləri Texas Milli Qvardiyasının sərhəddə yerləşdirilmiş minlərlə hərbçisinə qoşulacaqlar”, – məlumatda bildirilib.

Qeyd olunur ki, son dörd il ərzində Texas “keçmiş prezident Cozef Bayden administrasiyasının sərhəd böhranına və amerikalıları qorumaqdan imtina etməsinə” qarşı mübarizə aparıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button