“The Guardian”: “Türkiyə regionda güc kimi artıq özünü təsdiqlədi”

Türkiyədə istehsal olunan “Bayraktar TB2” döyüş pilotsuz uçuş aparatları (PUA) Azərbaycanın Ermənistan üzərində qətiyyətli qələbəsindən sonra bölgədəki hərbi tarazlığı sürətlə dəyişdirir. Böyük Britaniyanın Müdafiə Nazirliyinin nümayəndələri 6 həftəlik payız müharibəsində Azərbaycanın daha ucuz türk pilotsuz təyyarələrindən istifadə etməsinin döyüşlərdə həlledici amil olduğunu düşünürlər. Onlar hesab edir ki, ermənilərin Qarabağ bölgəsindəki işğal etdikləri ərazilərin Azərbaycan tərəfindən geri alınmasında PUA-ların müstəsna rolu var.

Türkiyədə istehsal olunan pilotsuz döyüş təyyarələrinin hər birinin qiyməti 1-2 milyon dollar arasında dəyişir. İngiltərədə isə Ordunun ehtiyacları üçün oxşar PUA tipinə 20 milyon dollardan çox pul xərclənir. Azərbaycanın Qarabağdakı qələbəsindən sonra İngiltərə silahlı qüvvələrinin bu silahların “daha ucuz və daha təsirli” modellərinə diqqət yetirərək, öz pilotsuz təyyarələrini yaratmaq üçün yeni 5 illik proqrama başlayıblar. Bu, əslində Türkiyənin böyük hərbi uğurlarının təqlid edilməsidir. Bu ayın əvvəlində İngiltərə Müdafiə Nazirliyinin Katibi Ben Vallace Türkiyə “Bayraktar”larının dünyanın hərbi texnologiyasında vahid lider olduğunu vurğulayıb. Eyni zamanda, ingilis hərbi departamentinin rəhbəri Azərbaycanın istifadə etdiyi türk pilotsuz təyyarələrinin daha bir üstünlüyündən danışaraq qeyd edib ki, bu qurğu yüzlərlə zirehli texnikanı və hətta hava hücumundan müdafiə sistemlərini məhv edib.

“Bayraqtar TB2” pilotsuz təyyarələrin uçuş məsafəsi 150 km-ə qədərdir. Lakin PUA 24 saata qədər havada qala bilər. Bu qədər effektiv döyüş təyyarələrinin ucuz olmasına görə ordu döyüşdə bunların bir hissəsini itirdiyi üçün qətiyyən heyfsilənmir.

Bu pilotsuz təyyarələr bölgədəki hərbi tarazlığı sürətlə Türkiyənin xeyrinə dəyişdirdi. Türkiyə həmin döyüş təyyarələrindən həm Suriyada, həm Liviyada, həm də ölkə daxilində və xaricində kürd silahlılarına qarşı fəal şəkildə istifadə edir. Təsadüfi deyil ki, bu ilin yayında münaqişə ərəfəsində Azərbaycan Türkiyədən, bəzi təxminlərə görə iyirmi “TB2” alıb. Müharibə zamanı Bakı onları o qədər tez və səmərəli şəkildə yerləşdirib ki, çoxları təyyarələrin türk pilotları tərəfindən idarə olunduğuna inanır. Bəzi məlumatlara görə, erməni qüvvələri bir neçə “Bayraktar” ı vurmağı bacarıb. Amerikanın Erməni Milli Komitəsinin (ANCA) noyabr ayında yayımladığı bir hesabatda “Garmin” naviqasiya sistemi də daxil olmaqla, zədələnmiş Türkiyə istehsalı olan bir pilotsuz təyyarənin fotoları yer alıb. Türkiyənin hərbi sənayedəki bu uğurundan sonra Moskva da hərəkətə keçib. Yeni silahlanma proqramı qəbul edilib. Rusiyanın dövlət silahlanma proqramında 2033-cü ilə qədər əks olunacaq əsas tendensiyalardan biri hərbi münaqişələrdə pilotsuz nəqliyyat vasitələrinin istifadəsi olacaqdır. Pentaqonun da Türk Bayraqdarlarının öyrənilməsi üçün hərəkətə keçdiyi gələn xəbərlər sırasındadır.

Bütün bunlarsa onu göstərir ki, Türkiyə artıq regionda güc kimi özünü təsdiqləyib. Və beynəlxalq aləmə güclü nüfuz etməyə başlayıb. Ankaranın pilotsuz döyüş təyyarələri təkcə Türkiyə ordusunun qüdrətini göstərmir, həm də bu Bayraqtarlar dövlət büdcəsinə yüz milyonlarla vəsait gətirir.

“The Guardian” Böyük Britaniya.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close