“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb
“TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Polise.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Rüstəmli Məhərrəm saxlanılıb.
Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki “TikTok” platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Polise.az