Tofiq Zülfüqarovdan Kamal Xəraziyə sərt qiymət: “Dövlətçiliyimizə qarşı çıxan xəttin simalarından idi”

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İranın Ali Rəhbərinin müşaviri, keçmiş xarici işlər naziri Kamal Xərazinin ölümü ilə bağlı diqqətçəkən və sərt məzmunlu mövqe açıqlayıb. Zülfüqarov mərhum iranlı diplomatın siyasi xəttini kəskin tənqid edib, onun keçmiş İran rejiminin ən reaksion fiqurlarından biri olduğunu bildirib.

Polise.az Musavat.com-a istinadən  xəbər verir ki, sabiq nazir Kamal Xərazi ilə bağlı fikirlərini belə ifadə edib:

Aldığı yaralardan sonra 81 yaşında İranın Ali Rəhbərinin müşaviri, keçmiş xarici işlər naziri Kəmal Xərazi vəfat edib.

Adətən dünyasını dəyişənlər haqqında ya yaxşı danışırlar, ya da susurlar. Lakin mən həqiqəti deməli olduğumu düşündüm…

Qərb təhsili almasına baxmayaraq, o, keçmiş rejimin ən reaksion xadimlərindən biri və xarici siyasət ideoloqlarından idi. Üstəlik, onun dünyagörüşünün əsasını islam həmrəyliyi prinsipləri deyil, hələ şah dövründə formalaşdırılmış fars neoimperial ideologiyası təşkil edirdi.

Bu doktrinanın daşıyıcıları və icraçıları İran inqilabının “ixracı” siyasətini ideoloji məqsəd kimi deyil, qonşu dövlətlərin suverenliyinə, hətta ərazilərinə ekspansiya və anneksiya vasitəsi kimi görürdülər. Bunun nümunəsini İraq, Suriya, Livan, qismən də Bəhreynin siyasi taleyində görmək mümkündür. Eyni ssenari Azərbaycanın da taleyi olmalı idi.

Sözdə Azərbaycanın rəhbərliyinin mövqeyini qəbul edirdilər ki, əgər “İslam inqilabı ideyalarının Azərbaycana ixracı” siyasəti aparılmayacaqsa, Azərbaycan da İrana qarşı fəaliyyət üçün platformaya çevrilməyəcək və “Cənubi Azərbaycan” mövzusu qabardılmayacaq. Lakin əməldə Xərazi kimi şəxslər ölkəmizdə dövlətçiliyin möhkəmlənməsinə – xüsusilə Prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanan proseslərə qarşı mümkün olan hər şeyi edirdilər.

Açıq düşmənçilik siyasəti həm ikitərəfli, həm də çoxtərəfli beynəlxalq platformalarda özünü göstərirdi.

Köhnə rejim sonda müəllifləri üçün ölümcül nəticələr doğuran daxili və xarici siyasətinin qurbanına çevrildi.

Bu gün “hərbi seleksiya” nəticəsində formalaşmış yeni nəsil qarşısında real mənada mehriban qonşuluq münasibətləri qurmaq imkanı var. Görək, onlar sələflərinin səhvlərindən düzgün nəticə çıxara biləcəklərmi.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button