Tokayev: “İki müddətdən artıq prezident olmayacam”
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev konstitusiyada nəzərdə tutulmuş iki prezidentlik müddətdən artıq dövlət başçısı vəzifəsini icra etməyəcəyini bildirib.
“Mən Qazaxıstana nə qədər prezidentlik edəcəyimi bilmirəm, amma tam olaraq əminəm ki, bu konstitusiyayada qeyd olunan iki müddətlik qanundan çox olmayacaq. Qanunların yenidən yazılması olmayacaq”, – deyə Qazaxıstan prezidenti vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Kasım-Jomart Tokayev Qazaxıstan prezidenti kürsüsünə 2019-cu ildə oturub.