Tokayev: Məqsədimiz Türk Dövlətləri arasında birliyi gələcək nəsillərə ötürməkdir
Məqsədimiz Türk Dövlətləri arasında birliyi qorumaq, gələcək nəsillərə ötürməkdir.
Polise.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri ədliyyə nazirlərinin Astanada keçirilən iclasında müraciəti zamanı deyib.
O bildirib ki, Qazaxıstan Türk Dövlətləri Təşkilatının nüfuzunun artmasına və qurum daxilində əməkdaşlığın güclənməsinə xüsusi önəm verir: “Ədliyyə şurasının yaradılması ədliyyə sistemlərimizi yaxınlaşdırmağa və bu sahədə informasiya mübadiləsinə imkan verəcək”.
Polise.az