Tokayev ordunun döyüşə tam hazırlığı üçün yeni nazirə tapşırıqlar verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin yeni müdafiə naziri təyin olunan Dauren Kosanovu qəbul edib.
Polise.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı dövlət başçısı müdafiə nazirinə bir sıra konkret tapşırıqlar verib. Tapşırıqlar arasında ordu birləşmələrinin döyüş hazırlığının artırılması, idarəetmə sistemində rəqəmsal həllərin tətbiqi, Xüsusi Əməliyyat Qüvvələrinin imkanlarının genişləndirilməsi, sosial və ideoloji işin səmərəliliyinin yüksəldilməsi, həmçinin hərbi infrastrukturun müasirləşdirilməsi yer alıb.
Qeyd edək ki, Dauren Kosanov yeni vəzifəyə təyin olunmazdan əvvəl Müdafiə nazirinin müavini və Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı vəzifəsində çalışıb.