Tokayev partiya sədrliyindən istefa verdi

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev hakim “Amanat” partiyasının sədrliyindən istefa verib.

O, partiyanın onlayn keçirilən 23-cü növbədənkənar toplantısındakı çıxışında bu gündən etibarən sədr səlahiyyətləri ilə üzvlüyünə xitam verdiyini açıqlayıb.

Ölkədə bütün sahələrdə monopoliyadan qurtulma prosesinin getdiyinə işarə edən Tokayev, bu prosesin siyasi sistemdən də yan keçməməli olduğunu dilə gətirib.

Dövlət başçısı bu qərarın ölkənin siyasi sistemində ədaləti və rəqabəti, bütün tərəflər üçün bərabər imkanları təmin edəcəyinə inandığını bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button