Tokayev: “Trampın təşəbbüsü Yaxın Şərqdə sabitliyə yol açır”

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi barədə əldə olunan razılaşmanı alqışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi və mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

Tokayevin sözlərinə görə, Qahirədə keçirilən danışıqlar nəticəsində əldə olunan razılaşma Yaxın Şərqdə sülhün bərqərar olması üçün mühüm addımdır.

O, həmçinin Misir, Qətər və Türkiyənin vasitəçilik səylərini, eləcə də ABŞ-nin, xüsusilə Prezident Donald Trampın prosesə verdiyi töhfəni yüksək qiymətləndirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button