Tovuzda düşmən yenidən təxribat törətdi

12 iyul təxribatı zamanı adekvat cavab tədbirlərindən dərs almayan düşmən silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribata əl atıb. 

Baku TV xəbər verir ki, Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub.

İriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. 

Kənd sakini Minayə Qasımovanın evi davamlı atəşə tutulduğundan daha çox ziyan çəkib. 

Erməni silahlı birləşmələri avqustun 17-də, səhər saatlarında da təsərrüfat işləri ilə məşğul olan kənd sakinlərini atəşə tutub.

Ordumuz düşmənə adekvat cavab verib və cəza tədbirləri görülüb. Düşmənin atəş nöqtələri susdurulub. 

Ümumilikdə cəbhəboyu ərazilərdə əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button