Tovuzda məktəblilərlə görüş keçirilib

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, Tovuz  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun A. Qasımov adına orta məktəbində «Narkomaniyaya qarşı mübarizə və uşaqları zərərli vərdişlərdən qoruyaq» mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Tovuz  Rayon Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, pedaqoji heyət, valideynlər və şagirdlər də iştirak edib.

Tovuz RPŞ-nin  rəisi, polis polkovniki Habil Əmraslanov çıxış edərək bildirib ki, belə cinayətlərin həmişə gizli şəraitdə baş verməsi, nəzarətdən kənarda qalması və sabit artım dinamikasına malik olması narkomaniya probleminin ictimai təhlükəlilik dərəcəsini artıra bilər. Narkomaniyaya qarşı səmərəli mübarizə bu istiqamətdə uzunmüddətli, çoxaspektli, böyük maliyyə vəsaiti tələb edən ardıcıl fəaliyyətin həyata keçirilməsi zərurətini irəli sürür. “Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Əlbəttə, başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya o qədər də dəhşətli şəkil almayıb. Ancaq yaddan çıxarmaq olmaz ki, narkomanlıq yoluxucu xəstəlikdir. HİV virusuna, QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir. Yeniyetmə və gənclərinin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.”

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button