Tovuzda narkokuryer saxlanılıb

Narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Tovuz sakini saxlanılıb.

Polise.az xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Sahib Allahverdiyevdən iki kq-dan çox çəkidə marixuana və heroin aşkar edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, S.Allahverdiyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Tovuz RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bundan başqa, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 22 rayon sakini müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil veriblər.

Qeyd edək ki, ilin əvvəlindən şöbə əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər nəticəsində yüzə yaxın müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahları polisə könüllü təhvil verilib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button