Tramp 2024-cü ildə Ağ Evə qayıdacağına söz verdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florensdə (Arizona ştatı) tərəfdarları ilə görüşü zamanı yenidən Ağ Evə qayıdacağını bildirib.
O, “2024-cü ildə biz Ağ Evi geri alacağıq”, – deyə bəyan edib.
Eks-prezident “Amerikanı yenidən böyük etmək” zərurətini vurğulayıb.
Qeyd edək ki, Trampın 2024-cü il prezident seçkilərində iştirakı məsələsi açıq qalır. Noyabrın 8-də eks-prezident aralıq seçkilərdən sonra yenidən prezidentliyə namizədliyini irəli sürmək qərarını açıqlayacağını bəyan edib.
Siyasətçi qeyd edib ki, namizədliyi ilə bağlı hələ dəqiq qərar verməyib.