Tramp Ağ Evdə Ərdoğanla görüşəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrın 25-də Ağ Evdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social”da yazıb.

“(Türkiyə-red) Prezidenti ilə biz bir çox ticarət və hərbi əməliyyatlar, o cümlədən “Boeing” təyyarələrinin geniş miqyasda alınması, böyük F-16 müqaviləsi və F-35 təyyarələri üzrə danışıqların davam etdirilməsi üzərində işləyirik ki, bunun da müsbət nəticələnəcəyini gözləyirik”, – o qeyd edib.

Tramp əlavə edib ki, onun həmişə Ərdoğanla çox yaxşı münasibətləri olub.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button