Tramp: Baş vermiş qəzada sağ qalan yoxdur

“Potomak çayı üzərində hərbi helikopterlə sərnişin təyyarəsinin havada toqquşması nəticəsində baş vermiş qəzada sağ qalan yoxdur”.

Polise.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi brifinqdə deyib.

O çıxışında öncə həlak olanları bir dəqiqəlik sükutla yad edib. Tramp çərşənbə gününün ABŞ xalqının, tarixinin qaranlıq və dözülməz bir gecəsi olduğunu deyib. “İndi iş bərpa mərhələsinə keçib”,- deyə ABŞ Prezidenti əlavə edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button