Tramp Baydenə 10 dəfə debat keçirməyi təklif edib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası çərçivəsində hazırkı Amerika lideri Cozef Baydenlə debat etməyə həvəsli olduğunu bildirib.
Polise.az-ın məlumatına görə, Tramp bu istəyini radioaparıcı Hyu Hyittlə müsahibəsində qeyd edib.
“Bəli, bunu səbirsizliklə gözləyəcəm! Bəs 10 raund necə? 10 dəfə debat etmək necə olar?”, – deyə siyasətçi qeyd edib.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının prezidentliyinə namizəd, seçki dəstəyi baxımından debatları əlverişsiz hesab edərsə, debatdan imtina edə bilər. Donald Tramp əvvəllər respublikaçıların digər namizədləri ilə debatlarda iştirakdan imtina edib.
Polise.az