Tramp Baydeni ölkə tarixinin ən pis prezidenti adlandırıb
ABŞ prezidenti Cozef Bayden “Amerika Bölünmüş Ştatları” tarixindəki ən pis prezidentdir.
Polise.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Co Bayden Amerika Birləşmiş Ştatlarının tarixindəki ən pis prezidentdir. Baydenin çıxışlarına demək olar ki, heç kim getmir, mənim tədbirlərinə isə minlərlə insan toplaşır”, – siyasətçi qeyd edib.
Daha əvvəl ölkə üçün ən vacib məsələləri müzakirə etmək üçün Tramp Baydeni debata dəvət etmişdi.
Polise.az