Tramp: Baydenin prezidentliyi dövründə ABŞ-da cinayət nəzarətdən çıxıb
“Demokrat Cozef Baydenin prezidentliyi dövründə ABŞ-da cinayət nəzarətdən çıxıb”.
Polise.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
Miçiqandakı tərəfdarlarına “Amerikada cinayət nəzarətdən çıxıb” deyən siyasətçi vurğulayıb ki, “liberal zəif siyasətçilər” üzündən analar övladlarını itirirlər.
Tramp həmçinin ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisi cinayəti dəstəkləyən “ekstremist” adlandırıb.
Polise.az