Tramp Baydennən fərqli davrandı-Erməni lobbisi ayağa qalxdı

ABŞ Prezidenti Donald Trampın qondarma soyqırımı ilə bağlı açıqlaması Amerikadakı erməni lobbisi və diasporunu məyus edib.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.

Nəşr xatırladır ki, ABŞ prezidenti 1915-ci il hadisələri ilə bağlı mesajında ​​“soyqırımı” ifadəsinə yer verməyib. Sələfi Co Baydendən fərqli bir ifadə seçən Tramp Osmanlı İmperiyasının son dövründə baş verənləri “meds yeğern” (böyük fəlakət) adlandırıb. Bayden isə hakimiyyətdə olduğu dövrdə məsələ ilə bağlı verdiyi bütün mesajlarında “soyqırımı” ifadəsini işlətmişdi.

ABŞ-dəki ən böyük erməni diaspor təşkilatı “Amerika Erməni Milli Komitəsi” (ANCA) Trampın bəyanatını tənqid edib. ANCA-nın açıqlamasında Trampın “soyqırımı” sözünü işlətməməsi ilə bağlı belə deyilib: “ABŞ prezidenti Türkiyənin təzyiqinə boyun əydi”.

Təşkilatın direktoru Aram Suren Amparyan Donald Trampın ritorikasını qınayıb və ABŞ-ni Cənubi Qafqaz siyasətində dəyişiklik etməyə çağırıb. Amparyanın fikrincə, Amerikanın yeni administrasiyasının hazırkı Cənubi Qafqaz siyasəti Ermənistanın yox, Azərbaycan və Türkiyənin maraqlarına uyğundur.

Amerikalı konqresmenlər Bred Şerman, Adam Şiff, Frank Pallon və onların digər ermənipərəst həmkarları da Trampın bəyanatından məyusluqlarını bildiriblər.

Türkiyə Xarici İşlər Nazirliyi Donald Trampın adından yaydığı bəyanata görə Ağ Evi tarixi məsələləri təhrif etməkdə ittiham edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button