Tramp Çinə xəbərdarlıq etdi: İrana yardım etsəniz, 50% rüsum olacaq

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çin İrana hərbi yardım göstərərsə, Vaşinqton Pekinə qarşı 50 faizlik gömrük rüsumları tətbiq edə bilər.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində Donald Tramp danışıb.
ABŞ lideri bildirib ki, əgər Çin İrana hərbi dəstək göstərərkən tutularsa, ona qarşı 50%-lik rüsum tətbiq olunacaq və bu, kifayət qədər ciddi addım olacaq.
Tramp həmçinin qeyd edib ki, oxşar iqtisadi sanksiyalar digər ölkələrə qarşı da tətbiq oluna bilər.
Polise.az



