Tramp: “Ərdoğan olmasaydı, gəlməzdim”

ABŞ Prezidenti Donald Tramp NATO sammiti ilə bağlı diqqətçəkən açıqlama verərək Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışıb.

Polise.az Musavat.com-a istinadən  xəbər verir ki, NATO sammiti öncəsi çıxış edən Tramp alyansa üzv ölkələrdən bir daha böyük məyusluq yaşadığını bildirib.

O deyib ki, NATO sammiti Türkiyədə keçirilməsəydi, böyük ehtimalla özü də tədbirə qatılmazdı.

“Əgər NATO sammiti Türkiyədə keçirilməsəydi – dostum, çox güclü liderin ölkəsində olmasaydı – yəqin ki, mən də bu sammitə qatılmazdım”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, İranla bağlı hərbi əməliyyatlar zamanı NATO ölkələrinin dəstəyini istəməyib.

“Onların köməyini heç istəmədim. Çünki onsuz da orada olmayacaqlarını demişdilər”, – deyə Tramp bildirib.

O, həmçinin ABŞ-nin uzun illər ərzində Avropa və digər müttəfiqlərinin təhlükəsizliyi üçün NATO-ya trilyonlarla dollar xərclədiyini xatırladıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button