Tramp Ərdoğanı ABŞ-yə səfərə dəvət edib

Ağ Ev rəhbəri Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ABŞ-yə səfərə dəvət edib.

“Polise.az” xəbər verir ki, bu barədə Ərdoğan Trampla telefon danışığına dair özünün “X”dəki hesabında yazıb.

O, Trampla telefon danışığının çox səmərəli və səmimi keçdiyini bildirib: “Telefon danışığı zamanı Qəzzada getdikcə dərinləşən humanitar böhran başda olmaqla Suriya, Rusiya – Ukrayna müharibəsi, qlobal ticarət, İranla ABŞ arasında davam edən müzakirələr, bir çox digər qlobal və regional məsələlər barədə fikir mübadiləsi apardıq. Cənab Trampla başda müdafiə sənayesi və ticarət olmaqda Türkiyə – ABŞ münsibətlərini inkişaf etdirməklə bağlı iradəyə sahib olduğumuzu bildirdik.

Prezident Trampın dünyada davam edən toqquşma və müharibələri bitirmək istiqamətindəki səylərini təqdir etdiyimi, Türkiyənin bölgəmizdə sülh, sabitlik və əmin-amanlıq mühitinin yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğuladım. Dəyərli dostumu ən yaxın gələcəkdə Türkiyədə görməkdən məmnun olacağımı söylədim. O da bizi ABŞ-yə dəvət etdi”.

Türkiyə lideri həmkarı ilə yaxın gələcəkdə bir araya gələcəyinə ümid etdiyini bildirib: “Müzakirəmizin ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm”.

Qeyd edək ki, bu gün Türkiyə və ABŞ liderləri arasında telefon danışığı olub.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button