Tramp Ərdoğanla görüşdü – FOTO – VİDEO – YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün getdiyi Haaqada ABŞ Prezidenti Donald Trampla görüşüb.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Dəftərxanası məlumat yayıb.
“Görüşdə Türkiyə ilə ABŞ arasında münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan ABŞ prezidentinin səyləri nəticəsində İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb.
Ərdoğan Qəzzada baş verən humanitar faciənin qısa zamanda dayandırılması və Rusiya – Ukrayna müharibəsinin sülh yolu ilə həlli üçün sıx dialoqun vacibliyini vurğulayıb.
Liderlər NATO-nun çəkindirici potensialının gücləndirilməsi üçün tədbirlərin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Prezident Ərdoğan ABŞ ilə əməkdaşlığın inkişaf etdirilməsinin, müdafiə sənayesi sahəsində ümumi ticarətin 100 milyard dollarlıq hədəfə çatmasına töhfə verəcəyini bildirib.
***
00:37
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Haaqada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə toplantısında iştirak etmək üçün Niderlanda səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Haaqada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün 24-25 iyun tarixlərində Niderland Krallığına səfər edib.
Zirvə toplantısında risk və təhdidlər ətrafında fikir mübadiləsi aparılacaq. Sammitdə müttəfiqlərin müdafiə xərclərini cari təhlükəsizlik mühitinin tələb etdiyi səviyyəyə çatdırmaq üçün Avro-Atlantik coğrafiyası yeni bir Müdafiə İnvestisiya Öhdəliyi qəbul ediləcək.
Ərdoğan Zirvə Toplantısına qatılan liderlər üçün təşkil edilmiş şam yeməyinə qatılıb.