Tramp etiraf edib ki, Rusiya Ukrayna ilə sülh sazişini “yavaşladır” – Politico

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, Rusiya “vaxtla oynayır” və Ukrayna ilə tam barışıq əldə etməyi gecikdirməyə çalışır.

“Eyni zamanda Tramp əlavə edib ki, o, hələ də Moskvanın son nəticədə müharibənin bitməsini istədiyinə inanır”,- deyə Politico nəşri yazır.

“Newsmax” müxbirinin Kremlin vaxt üçün oynadığı haqda sualına cavab olaraq Tramp deyib ki, o, “Rusiyanın tam miqyaslı işğalının sonunu görmək istəyir”. “Ancaq onlar vaxt üçün oynayırlar” deyib. Və əlavə edib ki, vaxt udmaq üçün keçmişdə mən də biznesdə eyni taktikadan istifadə edirdim. “Mən bunu illərdir edirəm” deyə Tramp qeyd edib.

Martın 23-25-də Ər-Riyadda ABŞ ilə Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında görüşlər olub. Ağ Ev bildirib ki, ABŞ və Rusiya Qara dənizdə təhlükəsiz naviqasiya və Rusiya Federasiyası və Ukraynanın enerji infrastrukturuna hücumları qadağan edən tədbirlər haqqında razılığa gəliblər. Eyni zamanda, Rusiya dənizdə atəşkəsin şərti kimi kənd təsərrüfatı sanksiyalarının ləğvini tələb edib. Moskva həmçinin Ukrayna limanlarına gedən ticarət gəmilərini yoxlamaq istəyini açıqlayıb.

Polise.az 

 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button