Tramp Harrislə ikinci televiziya debatını tərk edir

ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə ikinci teledebatda iştirakdan imtina etdiyini açıqlayıb,

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Röyter” sorğunun nəticələrinə dayanaraq, televiziya tamaşaçılarının əksəriyyətinin Harrisi sentyabrın 10-da ABC kanalı tərəfindən yayımlanan debatın qalibi hesab etdikləri barədə məlumat yayıb.

“Nielsen” araşdırma mərkəzinin məlumatına görə, debatı 67 milyon amerikalı televiziya tamaşaçısı izləyib. Rəqiblərin görüşü başa çatdıqdan sonra Harris seçicilərlə görüşüb və respublikaçıların seçicilərə daha bir debat “borclu olduğuna” inandığını söyləyib. Çərşənbə axşamı günü müzakirələr başa çatdıqdan dərhal sonra Harrisin kampaniyası demokratların namizədinin respublikaçı namizədlə növbəti debata hazır olduğunu elan edib. Debatdan əvvəl Kəmalə Harris belə bir istək ifadə etməyib.

Tramp onlayn izləyicilərinə debatda qalib gəldiyini söyləyib, lakin bir neçə sorğu agentliyi Harrisin daha yaxşı olduğunu bildirib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button