Tramp HƏMAS-a xəbərdarlıq etdi…

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yaxın Şərqdə davam edən gərginliklə bağlı HƏMAS-a ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, o, İsrail girovlarının azad edilməməsi halında ağır nəticələrin olacağını bəyan edib.

Trampın açıqlamasına əsasən, HƏMAS 20 yanvar 2025-ci ilə qədər İsrail girovlarını azad etmədiyi təqdirdə, ABŞ Yaxın Şərqdə “ciddi cəza tədbirlərinə” başlayacaq.

O, bu tədbirlərin yalnız HƏMAS-a deyil, həmçinin insanlığa qarşı bu zorakılıqların məsuliyyətini daşıyan bütün tərəflərə qarşı yönəldiləcəyi bildirilib:

“Biz əlimizdə olan bütün vasitələrlə zərbə endirəcəyik”.

Bu açıqlama, ABŞ-ın bu məsələyə necə ciddi yanaşdığını və hərbi, diplomatik, iqtisadi resursları işə salmağa hazır olduğunu göstərir.

Ekspertlərin fikrincə, Trampın bu sərt mövqeyi Yaxın Şərqdə yeni bir münaqişə dalğasına səbəb ola bilər. ABŞ-ın güc tətbiq edəcəyi təqdirdə həm bölgə ölkələri, həm də beynəlxalq aləm ciddi təsirlərlə üzləşə bilər.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button