Tramp İlham Əliyevi G20 liderlərinin sammitinə dəvət edib

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini Mayamidə keçiriləcək G20 liderlərinin sammitinə dəvət etməsindən qürur duyuruq”.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu Qırğızıstanın ABŞ-dəki səfiri Edil Baysalov bildirib:
“Hər üç lider G20 sammitində Trampın şəxsi qonağı olacaq”, – deyə o qeyd edib.
Qeyd edək ki, G20 liderlərinin sammitinin bu ilin 14-15 dekabr tarixlərində Mayamidə keçirilməsi nəzərdə tutulub.
Polise.az



