Tramp İrana qarşı əməliyyatın təfərrüatını açıqladı

“ABŞ-nin B-2 bombardmançıları İranın nüvə obyektlərini tamamilə məhv edib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Dünyanın ən güclü ordusuna sahibik və siz bunu həmin gözəl B-2 bombardmançıları ilə İrana edilən hücumda gördünüz. Onlar Tehranın nüvə imkanları və hər cür potensial nüvə potensialını tamamilə məhv etdilər. ABŞ-nin İranın nüvə obyektlərinə atdığı hər bir bomba hədəfə dəqiq dəyib”, – o bildirib.
Tramp qeyd edib ki, bəzi saxta media qurumları ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun o qədər də dağıdıcı olmadığını iddia etsələr də, bu hücum hər kəsin düşündüyündən daha dağıdıcı olub.
“B-2 bombardmançıları İranın nüvə obyektlərinə hücum edəndə heç kim onları görmədi. İranlılar onların gəldiyini bilirdilər, amma görə bilmirdilər.
ABŞ döyüş təyyarələri İranın nüvə obyektlərinə hücum əməliyyatına gedib-gəlmək də daxil olmaqla, 37 saat fasiləsiz uçuş həyata keçiriblər. Bir dəfə də olsun, mühərrik titrəmədi, bir vint belə sınmadı, heç bir problem yaşanmadı, kiçik bir cızıq belə yaranmadı. Əməliyyat qüsursuz idi”.
O əlavə edib ki, hücumda iştirak edən pilotlar 22 il ərzində ildə üç dəfə İranın atom obyektlərinə hücumu məşq ediblər, amma o, hakimiyyətə gələnədək heç bir prezident buna icazə verməyib.
Polise.az



