Tramp İrana qarşı zərbələrdən danışdı: Kiçik toqquşmadır…

ABŞ-ın İrana qarşı hazırkı zərbələrinin məqsədi Tehranın Hörmüz boğazındakı hərbi imkanlarını məhv etməkdir.
Polise.az Musavat.com -a istinadsən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib: “Biz onların Hörmüz boğazındakı imkanlarını məhv edirik”.
Tramp əmindir ki, ABŞ sonda boğaza nəzarəti ələ keçirə biləcək.
Lakin Amerika lideri İranla münaqişənin hazırkı mərhələsini böyük bir hadisə hesab etmir: “Bu, kiçik bir toqquşmadır”.
ABŞ prezidentinin sözlərinə görə, İranın “yalnız kiçik bir hərbi potensialı qalıb”: “Biz zərbələri davam etdirəcəyik və nə olacağını görəcəyik”.
Polise.az



