Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini deyib: Silahları yerə qoyun

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyini bildirib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“İran heç vaxt nüvə silahı əldə etməyəcək və ABŞ-ı, Yaxın Şərqi və bütün dünyanı təhdid etmək imkanına sahib olmayacaq”, – deyə ABŞ lideri qeyd edib.

Tramp iddia edib ki, İran ABŞ-nin hədəf ala biləcəyi obyektləri müdafiə etmək imkanına malik deyil.

ABŞ prezidenti həmçinin İran hərbçilərini yenidən silahı yerə qoymağa çağırıb.

“Silahları yerə qoyun və ölkənizdən qalanları xilas edin”, – deyə Tramp bildirib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button