Tramp: İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyəm

İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəm.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bunu Yaxın Şərqə rəsmi səfəri çərçivəsində Qətərdə olan ABŞ Prezidenti Donald Tramp burada onun şərəfinə verilmiş dövlət ziyafətində çıxışı zamanı deyib.
Lusail Sarayında çıxışı zamanı o, İranın nüvə proqramı ilə bağlı davam edən danışıqlara toxunub.
“Biz İranın inkişaf etməsini, yaxşı, uğurlu və xoşbəxt olmasını istəyirik. Mən Nyu-York və Vaşinqtonda yaşayan bir çox iranlını tanıyıram. Onlar möhtəşəm insanlardır. Biz bunun dəhşətli şəkildə deyil, sülh içində başa çatmasını istəyirik”, – Tramp əlavə edib.
ABŞ Prezidenti İranı danışıqlarda daha sürətli olmağa çağırıb.
“Bu, dəhşətli bir vəziyyətdir və biz düzgün olanı etmək istəyirik. Biz, bəlkə də, milyonlarla insanın həyatını xilas edəcək bir şey etmək istəyirik. Belə şeylər başlayır və nəzarətdən çıxır. Bunun dəfələrlə şahidi olmuşam. Onlar müharibəyə doğru gedirlər və işlər nəzarətdən çıxır. Biz bunun baş verməsinə imkan verməyəcəyik”, – Tramp əlavə edib.
Poloise.az