Tramp: İranın uran ehtiyatını məhv edəcəyik

“İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verəcəyi təqdirdə ABŞ bunları məhv edəcək”.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Jurnalistlər ondan ABŞ administrasiyasının İranın zənginləşdirilmiş uranı saxlamasına razı olub-olmayacağını soruşublar.
“Xeyr, biz onu alacağıq. Bizə lazım deyil, istəmirik. Yəqin ki, əldə etdikdən sonra məhv edəcəyik, amma İranın onlara sahib olmasına icazə verməyəcəyik”, – Tramp cavabında bildirib.
Polise.az



