Tramp İranın uranı Rusiya və ya Çinə ötürməsinə qarşıdır

ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranı Rusiya və ya Çinə ötürməsinə qarşı olduğunu bildirib.

Polise.az “Report” xəbər verir ki, o bunu iclas zamanı deyib.

Tramp İranın zənginləşdirilmiş uranı Rusiya və ya Çinə göndərməsinin onu qane edib-etməyəcəyi barədə suala belə cavab verib: “Xeyr. Bu, məni qane edəcək bir şey deyil”.

Daha əvvəl Amerika lideri bəyan edib ki, Vaşinqton zənginləşdirilmiş urandan imtina müqabilində İrana qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button