Tramp: “İsrail öncə İranın nüvə obyektlərini vurmalıdır”
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsini vacib sayıb.
Teleqraf.com xəbər verir ki, Tramp bunu Şimali Karolina ştatında seçicilərlə görüşündə çıxışı zamanı deyib.
“Düşünürəm ki, Bayden səhv edir. Sizin vurmaq istədiyiniz hədəf bu deyilmi? Nüvə silahları ən böyük riskdir”, – deyə Tramp vurğulayıb.
O bildirib ki, Bayden ona verilən suala məhz belə cavab verməli idi: “Əvvəlcə nüvə obyektlərini vurun və sonra yerdə qalan hər şey üçün narahat olun.”
Tramp həmçinin ABŞ-ın belə bir hadisəyə hazır olmalı olduğunu deyib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirməsini məqsədəuyğun hesab etmədiyini deyib.
Polise.az