Tramp: Kanada “ABŞ-nin 51-ci ştatı ola bilər”

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə görüşü zamanı bildirib ki, Kanada qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemlərini həll etməsə, Amerikanın 51-ci ştatı ola bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadla “Fox News” telekanalı məlumat yayıb.

Məlumatda deyilir ki, danışıqlar ötən həftə Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutub. Tramp Trüdoya 2025-ci il yanvarın 20-nə, yəni, andiçməyə qədər Ottavanın Kanada sərhədindən qeyri-qanuni miqrant axınının qarşısını almayacağı və ticarət kəsirini(100 milyard dollar) azaltmayacağı təqdirdə bütün Kanada mallarına 25% rüsum tətbiq edəcəyini söyləyib.

Kanalın mənbələrinin dediyinə görə, Trüdo cavabında deyib ki, bu cür tədbirlər Kanada iqtisadiyyatını məhv edəcək. Tramp isə bu halda Kanadanın ABŞ-nin 51-ci ştatı ola biləcəyini söyləyib. O, həmçinin əlavə edib ki, Trüdo həmin 51-ci ştatın qubernatoru ola bilər. Telekanalın məlumatına görə, bu ifadə Kanada baş nazirinin “əsəbi gülüşünə” səbəb olub.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button