Tramp Maduro və həyat yoldaşının ələ keçirildiyini açıqladı

Birləşmiş Ştatlar Venesuelaya qarşı böyükmiqyaslı əməliyyat aparıb. Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı ələ keçirilərək ölkədən çıxarılıb.
Polise.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, əməliyyat ABŞ hüquq-mühafizə orqanlarının dəstəyi ilə baş tutub. Yaxın vaxtlarda əlavə məlumat veriləcək.
Prezident həmçinin bildirib ki, bugün yerli vaxtla saat 11:00-da Mar-a-Laqo iqamətgahında mətbuat konfransı keçiriləcək.
Polise.az



