Tramp Maduronun bu təklifini RƏDD ETDİ – 15 dəqiqəlik danışığın DETALLARI

“The Telegraph” qəzeti Donald Trampın Venesuela lideri Nikolas Maduro ilə razılığa gəlməkdən niyə imtina etdiyini araşdırıb.

Musavat.com qəzetə istinadən xəbər verir ki, Tramp və Maduro arasında Venesuela prezidentinin istefası ilə bağlı 15 dəqiqəlik danışıqlar baş tutub.

Lakin danışıqlar Maduronun tələbləri üzündən uğursuz olub.

Nəşr yazır ki, Maduro Trampdan 200 milyon dolların saxlanmasını, təxminən 100 yüksək vəzifəli şəxsin əfv olunmasını və Qərb yarımkürəsindəki “dost ölkəyə” getməsini tələb edib.

Tramp ona Rusiya və ya Çin kimi seçimləri təklif etsə də, Maduro Kuba və ya başqa bir “dost” istiqamətdə israr edib. Qəzet yazır ki, sonradan kompromis olaraq Qətər də təklif olunub.

Musavat.com

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button